Hələ belə bir fırıldaqçılıq görməmişdiniz...

Düzdür, bir mənzili 3-5 adama sataraq on milyon manatlarla dələduzluq etmiş MTK rəhbərlərinin belə əməlləri var, amma ... Məsələn, Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara 3 milyon manatdan artıq ziyan vurma unikal hadisədir. Onlar - Bakı şəhər sakini Könül Müzəffərova və rayon sakini Ceyhun Əsgərov saxlanılaraq həbs olunublar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir: "... K.Müzəffərova tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 min manat pulunu ələ keçirib. C.Əsgərov isə bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib və beləliklə zərərçəkmişlərə ümumilikdə 3 milyon manatdan artıq zərər vurub. Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib."

d78efafe-28ad-3c9b-94a5-dbc595d090d3_850

İndi sual yaranır: vətəndaşların biri aldansın, 10-u aldansın, bəz qalanlar bu dələduzların fırıldağına necə tuş gəliblər?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN