Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxtalaşdırma faktına görə bir nəfəri məsuliyyətə cəlb ediblər.

Tezadlar.az nazirliyin saytına istinadla bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb. İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədi ilə rayonların birində, kustar üsulla işləyən sexdə sistemli şəkildə saxtalaşdırılmış yarımfabrikat ət məhsulları istehsal edərək satıb. Bundan əlavə, qeyd olunur ki, məhkəmənin hökmü əsasında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxta məhsullar satış şəbəkəsindən və sexdən tamamilə çıxarılıb.

Faktla bağlı araşdırma davam etdirilir, saxlanılan şəxsi 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Güman edilir ki, bu xəngəllərə Bakıda geniş yayılmış "Gürcü xəngəli" kafe və restoranlarda da rast gəlinə bilər. Azərbaycanın gömrük əməkdaşları bundan xəbərdardırmı?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN