Bakı sakinləri və şəhərin qonaqları bu səhər də əmənəvi tıxacla qarşılaşıb...

Tezadlar.az Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi  yaydığı məlumatlara istinadla hazırda yollardakı vəziyyəti təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

11. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində;

12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

13. Zərifə Əliyeva küçəsində;

14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Bəs bu cansıxıcı, sürücü və sərnişinlərin vaxtını yollarda əridən tıxaclardan bir çıxış yolu varmı? Belə başa düşmək olar ki, aidiyyəti qurumlar hələki çıxış yolunu tapmaqda acizdirlər. Belə ki, həmin qurumların rəhbərlərinin xidməti avtomobilləri də hər gün həmin tıxacların içindədir... Deməli, vəziyyət hələki belə davam edə bilər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN