Ukrayna prezidenti Volodimir Zelenski martda Ermənistana səfər etməyi planlaşdırır.

Tezadlar.az Gürcüstan XİN- ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Factor.am” nəşri öz mənbəsinə istinadən məlumat yayıb. Nəşrin mənbəsinin bildirdiyinə görə, hazırda Ukrayna prezidentinin Ermənistana səfərinə hazırlıq gedir, lakin səfərin tarixi hələlik təsdiqlənməyib. Ukrayna məsələlərinin Ermənistandakı müvəqqəti nümayəndəsi Valeri Lobax bu məlumatı nə təsdiq, nə də təkzib edib. O, Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaza mümkün təsiri ilə bağlı suala belə cavab verib: “Əslində, indi çox şey demək olar, amma hələlik heç nə deyə bilmərəm. Bir neçə gündən sonra xəbərləri eşidəcəksiniz. Mən də öz növbəmdə deyəcəm ki, Ukrayna Ermənistanı dəstəkləməyə hazırdır”. Zelenskinin Ermənistana mümkün səfəri nəzərdə tutulurmu sualına o, belə cavab verib: “Yalnız onu deyə bilərəm ki, yaz Ermənistana çoxlu müsbət hadisələr gətirəcək".

Maraqlıdır, Gürcüstan Rusiyanın, Azərbaycan isə Ermənistanın işğalına məruz qalıb... İndi Gürcüstanın siyasi rəhbərliyi işğalçı Ermənistanla hansı siyasi problemi həll edəcək??? Bu çox maraqlıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN