Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Rusiya ilə müharibə zamanı əsgər itkisinin sayını açıqlayıb.

O, Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Ukrayna: İl 2024" forumunda keçirilən mətbuat konfransında etdiyi çıxışı zamanı bu barədə məlumat verib:

'Bu müharibədə 31 min Ukrayna əsgəri həyatını itirdi. Bu rəqəm Putin və onun dairəsində olan yalançıların dediyi kimi 300 min və ya 150 min deyil. Amma hər bir itki bizim üçün böyük itkidir. Rusiya tərəfində isə 180 min insan həlak oldu.

Yaralı, yaxud  özlərindən xəbər tutula bilməyən əsgərlər barədə məlumat verilməyəcək.  İlhaq edilmiş Ukrayna ərazisində həyatını itirənlərin yaxınlarına başsağlığı verirəm. Qələbənin ən qısa zamanda əldə edilməsi üçün Ukrayna Silahlı Qüvvələri strategiyası gizli saxlanılacaq".

Ukrayna lideri onu da əlavə edib ki, Ukraynanın əks-hücum planları hücumdan əvvəl Moskvaya məlum olub: "Açığını deyim ki, bizim ötən ilin payızındakı əks-hücum başlamazdan əvvəl Kreml masasında idi".

 Qeyd edək ki, bu günlərdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini və "Vahid Rusiya"nın lideri Dmitri Medvedev Rusiya mətbuatına müsahibəsində jurnalistin Ukrayna ilə bağlı sualına "Mən onu indi ölkə adlandıra bilmərəm -  bu ərazi qurumunda nə qalacaq, bəlkə mərkəzi Lemberq şəhərində olan Lemberq bölgəsi, əgər polyakları çox narahat edərsə və ya hansısa bölgələr.  Amma bu, təkcə hərbi deyil, həm də siyasi prosesdir. Bu prosesdə təkcə Silahlı Qüvvələr deyil, qoşunlar deyil, bu torpaqlarda yaşayan insanların özü də rol oynamalı, yaxud öz sözünü deməlidir.

 Mən bunu dəfələrlə demişəm, indiki Ukrayna dövləti ukraynalıların özləri üçün təhlükəlidir. Və onlar üçün bu seçim belə görünür: ya Rusiya ilə normal, ümumi dövlətdə həyat, yaxud istənilən halda, ümumi dövlətə doğru yaxın prinsiplər əsasında olan, ya da sonsuz müharibə. Onlar bu seçimi özləri etməlidirlər" deyə bildirib...

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN