Xocalı sakini bir zamanlar ermənilər tərəfindən didərgin salınınb, əzizlərinin itirdiyi Xocalıya gedib.

TEZADLAR.AZ xəbər verir ki, Sədaqət Hüseynova İTV-yə müsahibə verib. O, 32 il əvvəl Xocalıdan qaçarkən 3 övladını orada itirdiyini bildirib:

"...Gəldilər bizi götürdülər apardılar kəndin girəcəyindəki evə. Ayaqqabımın biri itmişdi, ayağım donmuşdu. Vanna gətirdilər, isti suya qoydular ki,donu açılsın. Ayağımı suya qoyan kimi, barmaqlarımın dərisi suya düşdü.Bizi gecə ilə apardılar Ağdama hospitala. Ağladım ki, getməyim, uşaqlarım qalıb. Orada necə iynə vurub yatızdırıblar, gözümü "Respublika" xəstəxanasında açdım. Bir bacım, üç balası və mənim üç övladım Xocalıda qaldı. Bir ağacın dibində ac-susuz qaldılar".

Sədaqət ana 32 il əvvəl övladlarını itirdiyi həmin yerə gül ləçəkləri səpib.

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN