booked.netbooked.net booked.net  

Həbsdə olan eks prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması üçün başladılan imzatoplama kampaniyası davam edir.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, kampaniya paytaxt Tbilisi ilə yanaşı müxtəlif bölgələrdə də davam etdirilir. Növbəti imzatoplama aksiyası isə Zuqdidi bələdiyyəsində baş tutub. “Milli Hərəkat”ın parlament fraksiyasının deputatı Anna Tsitlidze bildirib ki, Zuqdididə imza atmaq üçün növbələr yaranıb. Onun sözlərinə görə, Saakaşvilinin azad edilməsi üçün imzaların toplanılması hər bölgədə davam etdirləcək.

Tezadlar.az xatırladır ki, ölkə miqyasında və xarici ölkələrdə toplanan imzalar, sonda eks prezident Mixeil Saakaşvilinin əfv olunması üçün, Gürcüstan prezidenti Salome Zurabişviliyə təqdim olunacaq. Prezident isə artıq ötən ildən Saakaşvilinin azad edilməsi üçün kənar bir kimsədən icazə almayacağını və məsləhətləşməyəcəyini bəyan edib...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN