Azərbaycan alimlərinin Quran ayələri  əsasında 24.10.2023-cü ildə qeydiyyatdan keçmiş Elmi Hipotezlərinə  24.01.2024-cü il tarixində Almaniyada Elmi Kəşf statusu verilib...

Bu barədə "Təzadlar"a məlumat verən və bu nailiyyətin müəllifi olan Rəhim Daşdıyev  əlavə etdi ki, bu dünya elmində bökük yenilikdir: "...Qeyd edim ki, Azərbaycan alimləri- texnika üzrə fəlsəfə doktoru,  8 Elmi Kəşfin müəllifi, görkəmli elmi nəticələrinə görə  “Wilhelm Leibniz” medal və diplomu ilə təltif edilmiş Nazilə Cavad qızı Daşdiyeva, magistr, 2 Elmi Kəşf müəllifi Elnarə Rahim qızı Hüseynova və kimya elmləri doktoru, professor, ATEA akademiki, 8 Elmi Kəşfin müəllifi, Azərbaycan  Respublikası  Prezidentinin 19.09.2010-cu il tarixli Sərəncamı ilə Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə  “Tərəqqi” medalı ilə, görkəmli elmi nəticələrinə görə isə Almaniyada “Wilhelm Leibniz” və “Alexander von Humboldt” medal və diplomları ilə təltif edilmiş mən- Rahim Abas oğlu Daşdiyevin dünya təcrübəsində ilk dəfə olaraq Quran ayələrinin mindən çox ad altında olan və uzun illər sistemləşdirmələri sayəsində kəşf edilən dialektikanın yeni qanunu ortaya qoymuşuq. Və dialektikanın “Hər bir çətinlikdən sonra asanlığın gəlməsi qanunu”nun əsasında ortaya qoyduğumuz yeni elmi nailiyyətimiz Almaniyada Avropa Təbiət Elmləri Akademiyasının Elmi Kəşflərin verilməsi ilə bağlı Beynəlxalq Ekspert Şurasında 24.10.2023 tarixində qeydiyyatdan keçmiş Elmi Hipotezlərimizə 24.01.2024-cü il tarixində Elmi Kəşf  statusu verilmişdir...".

Xatırladaq ki, adı çəkilən alimlər ingilis dilində tərtib edilmiş Elmi Kəşf diplomları ilə təltif edilmişlər.

Azərbaycanın adına hesablanmış belə beynəlxalq diplomlar və fəxri adların hər bir müəllifi fəxrimizdir!

A.Məmmədli 

diplom-qurqn

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN