Məsələ şirkətin, eləcə də şikayətçinin, həmçinin  Metrologiya İnstitutu rəsmilərinin və media əməkdaşlarının birgə iştirakı ilə yerində araşdırıldı…

 «Təzadlar» qəzetinin rəsmi saytının 1 mart 2024-cü il tarixli buraxılışında şikayətçinin yazılı müraciəti və təqdim etdiyi maddi sübutları əsasında «SOCAR PETROLEUM»UN BAŞ DİREKTORU MƏHKƏMƏYƏ VERİLİR…" başlıqlı yazı yayımlanmışdır. Sumqayıt şəhər sakini Nazim Orucov şikayətində qeyd edirdi ki, o, fevralın 28-də, saat 21:55 radələrində (AZ5000) Sumqayıt şəhəri, Bakı-Quba yolu, ev-28-ci km, sağ tərəf ünvanında yerləşən  "SOCAR-PETROLEUM" QSC-nın yancaqdoldurma məntəqəsindəki 1 saylı pompanın 4 №-li tapaçasından idarə etdiyi 90 ZM 625 dövlət nömrə nişanlı «Mersedes 270 ML CDİ» avtomobilinin yanacaq çənini tam doldurmaq üçün sifariş vermişdir. Lakin yanacaq çəninin tutumunun 70 litr olduğu güman edilən avtomobilə 83.75 litr dizel yanacağı vurulmuşdur və s.

 Qeyd olunan yazıya Neftçilərin Hüquqlarının Müdafiəsi İB-dən, eləcə də “SOCAR-PETROLEUM" QSC-dən dərhal reaksiya verildi.  Şirkətin mətbuat xidmətindən daxil olan rəsmi cavab "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq həmin gün saytda yayımlandı. Cavab məktubunda deyilirdi: "Şikayətçi Nazim Orucova cavab olaraq bildiririk ki, onun yaranmış narazılığı ilə bağlı müraciətinə qısa zamanda geri dönüş edilmiş, məsələ ilə bağlı izah verilmiş və müvafiq dövlət orqanının iştirakı ilə məsələnin yerində aydınlaşdırılması üçün israrla dəvət edilmişdir. Bir daha qeyd edirik ki, “SOCAR PETROLEUM” QSC-yə məxsus bütün yancaqdoldurma stansiyalarında yerləşən pompalar və pistoletlərin Azərbaycan Respublikası Standartlaşdırma İnstitutunun və eləcə də Metrologiya İnstitutunun mütəxəsisslərin iştirakı ilə dövlət tərəfindən verilmiş menzurkalarla yoxlanılır, yoxlamadan keçən avadanlıqlar (pompalar) müvafiq blomp və qalaqramlarla təmin edilir. Bu səbəbdən pompalara tərəfimizdən hər hansı müdaxilə edilməsi iddiası tamamilə əsassızdır. Bununla bağlı, məsələ adı çəkilən dövlət qurumunun öhdəliyi sayıldığı və birbaşa nəzarəti həyata keçirildiyi üçün məsuliyyət daşıyır. “SOCAR PETROLEUM” QSC olaraq şirkət adına belə iddiaların hallandırılmasına təəssüf edir, vətəndaşı qarşılaşdığı mənfi halla bağlı iddiasının araşdırılmasının tərəfdarıyıq. İstənilən zaman yanacaqdoldurma stansiyasında məsələnin izahı və sübutu üçün hazırıq. Təşəkkür edirik!".

 Beləliklə, media olaraq biz də məsələnin yerində araşdırılaraq baş vermiş narahatlığa aydınlıq gətirilməsini dəstəklədik. Şikayətçi N.Orucov da bununla razılaşdı və dünən-martın 11-də adı çəkilən yanacaqdoldurma məntəqəsində özünün, eləcə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin Azərbaycan Metrologiya İnstitutunun, eləcə də «SOCAR-PETROLEUM" QSC-nin rəsmi nümayəndə və mütəxəssislərinin, həmçinin «Təzadlar» qəzetinin rəhbərliyinin iştirakı ilə test yoxlamaları aparıldı. Bütün yoxlama və müşahidələr tərəfimizdən foto və videoqeydiyyata alındı.

 Sonra tərəflərin iştirakı ilə akt tərtib olundu. 11 mart 2024-cü il tarixli Akt-da yazılırdı:

«Sumqayıt şəhəri, 11 mart 2024-cü il. Biz, aşağıda imza edənlər, Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin Azərbaycan Metrologiya İnstitutunun tətbiqi metrologiya şöbəsinin müdiri Tağıyev Qara Həsən oğlu, Baş metroloq Osmanov Çingiz Məsim oğlu, «SOCAR-PETROLEUM" QSC-nin Daxili nəzarət şöbəsinin rəisi Eyvazov Ceyhun Rəhim oğlu, ««SOCAR-PETROLEUM" QSC-nin Hüquq və dövlət orqanları ilə razılaşdırmalar şöbəsinin rəis müavini Ələkbərzadə Nicat Vaqif oğlu, «SOCAR-PETROLEUM" QSC-nin Daxili nəzarət və monitorinq şöbəsinin əməkdaşı Bədirov Xalid Telman oğlu, metrologiya üzrə böyük mühəndis Qarayev Orxan Hüseynalı oğlu, «SOCAR-PETROLEUM" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Afaq Rza, 10 saylı Yanacaqdoldurma stansiyasının rəisi Abdullayev Kənan Nurəddin oğlu, «Təzadlar» qəzetinin baş redaktoru Məmmədov Asif Millət oğlu və şikayətçi Orucov Nazim Gəncəli oğlunun iştirakı ilə bu aktı tərtib etdik ondan ötrü ki, 10 saylı YDS-nin 5-ci postun dizel tapançasından İnstitutun təqdim etdiyi «Nümunəvi ölçü» qabı ilə 2 dəfə test yoxlaması aparıldı. Test yoxlamasının nəticəsi aşağıdakı cədvələ uyğun oldu».

(Cədvəl və aktın fotosurəti təqdim olunur).

z-6-1

 Beləliklə, hər iki test yoxlaması zamanı qeyd edilən tapançadan «Nümunəvi ölçü» qabına 10 litr dizel yanacağı vuruldu və birinci halda 30 ml.-i, ikinci test yoxlamasında isə 10 ml.-i dizel yanacağı artıq vurulmuş sayıldı.

 Qeyd edək ki, “Nümunəvi ölçü” qabının normativlərinə əsasən, ölçmə zamanı həcm, -50 ml az, yaxud da +50 ml çox göstərə bilər.

 Daha sonra tərəflər testin nəticələri ətrafında geniş fikir mübadiləsi apardılar və mübahisələndirilən məsələdə yekdil qərara gəlindi. Bununla da həm yaranmış narahatlığa aydınlıq gətirildi, həm də vətəndaşın iştirakı ilə yerində yoxlama aparılaraq qeyd olunan mübahisəli məsələyə son verildi. İştirak edən bütün tərəflər QSC tərəfindən yanacaq kalonkaları və tapançalarına hər hansı müdaxilənin mümkün olmadığını vizual olaraq müşahidə etdilər. 

  Media olaraq bizim, eləcə də şikayətçi N.Orucovun da əvvəldən mövqeyi bu idi ki, Azərbaycanı xarici ölkələrdə təmsil edən, ölkəmiz adına çalışan  «SOCAR-PETROLEUM" QSC kimi bir nüfuzlu şirkətin uğurları həm də hər birimizin uğuru sayılmalıdır və bu fəaliyyət istiqamətində yaranmış hər hansı bir narahatçılıq olarsa, onun da aradan qaldırılmasında maraqlı olmalıyıq!

«Təzadlar»ın Araşdırma Qrupu

z-2

z-5

z-4

z-6

z-7

z-8

z-1

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN