BMT-nin yeni hesabatında deyilir ki, dünyada beş yaşınadək ölən uşaqların sayı 2022-ci ildə 4,9 milyon nəfərlə tarixi minimuma düşüb. Təşkilat hesab edir ki, bu, hər altı saniyədə bir ölümə bərabərdir.

Hesabatda qeyd edilir ki, bu gün əvvəlkindən daha çox uşaq sağ qalır və 2000-ci ildən bəri dünyada beş yaşadək uşaqlar arasında ölüm nisbəti 51% azalıb.

4,9 milyon ölümün demək olar ki, yarısı həyatın ilk ayı ərzində baş verib, digər 2,6 milyon uşaq isə bir aylığından beş yaşa qədər dövrdə ölüb. Bu ölümlərin əksəriyyəti Cənubi Asiya və Saharanın cənubundakı Afrika ölkələrində baş verib.

Hesabatda bildirilir ki, uşaq ölümlərinin əksəriyyəti vaxtından əvvəl doğuş, doğuş zamanı yaranan ağırlaşmalar, pnevmoniya, ishal və malyariya kimi qarşısı alına bilən və ya müalicə oluna bilən səbəblərdən baş verib.

BMT-nin vurğuladığı kimi, aşağı və aşağı orta gəlirli bir neçə ölkə göstərmişdir ki, ilkin səhiyyə xidmətinə kifayət qədər resurslar ayrılsa, irəliləyiş mümkündür. Belə ki, Kamboca, Malavi, Monqolustan və Ruandada 2000-ci ildən bəri 5 yaşa qədər uşaqların ölüm nisbəti 75%-dən çox azalıb.

ÜST rəhbəri Tedros Qebreyesus "Tərəqqiyə baxmayaraq, milyonlarla ailə hələ də hər il, çox vaxt doğuşdan sonrakı ilk günlərdə faciəvi uşaq itkisindən əziyyət çəkir" deyib.

 “Uşaqların doğulduğu yer onların yaşayıb-yaşamadığını müəyyən etməməlidir.Hər bir qadın və uşaq üçün, o cümlədən fövqəladə hallar zamanı və ucqar ərazilərdə keyfiyyətli səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması çox vacibdir”.

BMT qeyd edir ki, təcili tədbirlər görülməsə, 59 ölkə beş yaşadək uşaqlar arasında ölüm hallarının azaldılması hədəfini, 64 ölkə isə yeni doğulmuş uşaq ölümlərinin azaldılması hədəfini əldən verəcək.

Ekspertləri bildirir ki, bu o deməkdir ki, 2030-cu ilə qədər 35 milyon uşaq beş yaşına çatmamış öləcək. Bu ölümlər əsasən Saharanın cənubundakı Afrika ölkələrində, Cənubi Asiya və digər aşağı və aşağı orta gəlirli ölkələrdə cəmləşəcək.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN