...Türkiyə-Azərbaycan qardaşlığı həm də hərbi sahədə davam edir. Artıq neçə gündür ki, Ermənistanın Qarabağdakı erməni tör-töküntüləri ilə əlaqə saxlamaq üçün yeganə yolu olan Laçın bölgəsində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən birgə döyüş atışlı taktiki təlim davam edir...

Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub. Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Bəli, düşmən və onun havadarları artıq anlamalıdır ki, Qarabağ Azərbaycan torpağıdır və bu ərazidə yalnız Azərbaycanın qanunları keçərlidir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN