"Avropa İttifaqı qarşıdakı 4 il ərzində Ermənistana 270 milyon avro ayıracaq - Avropa İttifaqı ilə Ermənistan arasında dəyərlər və maraqlar yaxınlaşır".

Tezadlar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Aİ-nin ali nümayəndəsi Cozef Borrellə birgə mətbuat konfransında deyib. O bildirib ki, Aİ Ermənistanın iqtisadiyyatını və cəmiyyətini daha güclü olması üçün dəstək verməyə hazırdır: “Ermənistanı dəstəkləmək və eyni zamanda tərəfdaşlığımızın gələcəyi ilə bağlı baxışı müəyyən etməyin vaxtıdır və biz bu gün bu barədə danışdıq. Bu baxış Aİ-nin Ermənistan üçün Dayanıqlıq və İnkişaf Planı tərəfindən dəstəklənəcək. Növbəti dörd il ərzində 270 milyon avro qrant veriləcək. Biz Ermənistanın iqtisadiyyatını və cəmiyyətini daha güclü və sarsıntılara daha davamlı etmək üçün sərmayə qoyacağıq. Biz əsas infrastruktur layihələrinə sərmayə qoyacağıq. Məsələn, Qara dənizdə imkanlarla dolu bir ötürmə yolu olan elektrik kabeli vasitəsi ilə Ermənistanda bərpa olunan enerjini də Avropaya çatdıra bilərik. Biz ona dəstək olmağa hazırıq. Eyni zamanda Gürcüstanla daha yaxşı münasibətləri davam etdirəcəyik”.

Avropa Komissiyasının prezidentinin sözlərinə görə, o, Ermənistanın həyata keçirdiyi demokratik islahatları alqışlayır: “Mən Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınmamaq üçün gördüyü tədbirləri də alqışlayıram. Bu onu göstərir ki, Aİ və Ermənistan dəyərlər və maraqlar baxımından getdikcə uzlaşır”, - deyə fon der Leyen bildirib. Qeyd edək ki, Brüsseldə Ermənistan və Avropa İttifaqı (Aİ) arasında “Eurojust” çərçivəsində əməkdaşlıq sazişi imzalanıb. “Eurojust” Aİ-nin məhkəmə sistemi ilə məşğul olan agentliyidir. Bu struktur Aİ üzvü olan hər bir dövlətindən oxşar səlahiyyətlərə malik prokurorlar, hakimlər və ya polis məmurlarını özündə birləşdirir Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Avropa İttifaqı (Aİ) və ABŞ-la iqtisadi əlaqələri, o cümlədən ticarət və vətəndaşların hərəkət azadlığını inkişaf etdirməyin vaxtıdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN