Rusiya sülhməramlıların Qarabağdakı kontingentinin komandanı Rüstəm Muradov vəzifəsindən getdi... Bu gün isə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb. 

Bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb... Məlumatda bildirilir ki, general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu müdafiə nazirinə təqdim edib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib... Son vəziyyət isə Azərbaycanda hər kəsə məlumdur. Rusiya sülhməramlıları hərbi vəzifəsini yerinə yetirmək əvəzinə Qarabağa erməniləri daşımaqla məşğul olublar... Ən acınacaqlısı budur ki, rus hərbçiləri əllərində qondarma "DQR"ın əski parçası olan bayrağını tutub Xankəndində su daşıyan azyaşlıları fotokamera başına çəkirdilər... Bu isə siyasi təxribat, separatçılara dəstək verməkdir! 

Bəs görəsən nazir Zakir Həsənov təzə general komandana bunları başa salıbmı???

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN