Medianın İnkişafı Agentliyinin Azərbaycanın media siyasətinin təkmilləşməsi istiqamətində mühüm tədbirlərə dəstək verməsi davamlıdır... Belə ki, Türkiyə Radio və Televiziya Üst Qurumunun (RTÜK) geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Beynəlxalq TURAZ Akademiyası Konqresi çərçivəsində Bakıda səfərdə olan RTÜK-ün rəhbəri Əbubəkr Şahin və Üst Qurumun digər üzvləri sentyabrın 10-da Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarovla görüşüblər.
Görüşdə İsmət Səttarov iki qardaş ölkə arasında Birgə Media Platformasının fəaliyyətinin gücləndirilməsi, media sahəsində bilik və təcrübə mübadiləsinin daha da intensivləşdirilməsi və digər qarşılıqlı maraq kəsb edən məsələlədən danışıb. O Türkiyənin rəqəmsal media sahəsində biliklərinin paylaşılmasının, müxtəlif media təmsilçiləri ilə tərəfdaşlığın qurulmasının əhəmiyyətini vurğulayıb. Şura sədri beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasının vacibliyini qeyd edib.
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov media və kommunikasiya sahəsində Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin və əməkdaşlığının daha da gücləndirilməsindən, strateji media ortaqlığının yaradılmasından bəhs edib. Qardaş ölkənin Vətən müharibəsi zamanı göstərdiyi mənəvi dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu bildirən Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin fəaliyyəti barədə qonaqları məlumatlandırıb.
Əbubəkr Şahin öz növbəsində ikitərəfli əlaqələrin gücləndirilməsində və əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
 Təbii olaraq belə görüş və tədbirlər qarşılıqlı əlaqələrin inkişafına və təcrübə mübadiləsinin genişləndirilməsinə böyük köməkdir. Bəhrəsini yaxın zamanlarda-mediamızın peşəkarlığında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında görə biləcəyik...
A.Məmmədov 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN