Özbəkistan helikopter qəzasında həlak olan İranın mərhum prezidenti İbrahim Rəisi ilə vida mərasiminə nümayəndə heyəti göndərəcək.

Nümayəndə heyətinə ÖR-ı Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov rəhbərlik edəcək.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib.

Qeyd edək ki, mərasim mayın 22-də Tehranda baş tutacaq.

Çərşənbə axşamı Təbrizdə Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla vida mərasimi başlayıb. Dəfn mərasimi mayın 23-də olacaq.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN