Qadın- kişi bərabərliyi konstitusiyamızda hələ Sovetlər dönəmində belə müsbət hal kimi qiymətləndirilib... Günümüzün mənzərəsinə diqqət yetirsək, bəlli olacaq ki, qadınlarımız da kişilərlə bərabər hər yerdə var: vəzifədə, avtomobil idarə etmədə, siqaret çəkmədə, geyimdə, spirtli içki qəbul etmədə, təəssüflər olsun, həm də narkotik aludəçiliyində... Yəni, bu gün heç bir yerdə qadınlara "Niyə burdasan?" sualını vermir. Çünki qadınlar da kişilərlə bərabər eyni hüquqların subyektidir. Əksinə, qanunvericilikdə qadınlara bəzi hallarda daha üstün hüquqlar verilib və s.
XXX
...Lakin şahmat üzrə üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov fərqli düşünür... Məsələn, o deyib ki, qadınlar heç bir sahədə kişilərdən yaxşı ola bilməz. Sosial mediada yayılan açıqlaması da qadınlar arasında ciddi müzakirəyə yol açıb. O, qatıldığı TV proqramların birində “Bacılarınızla rəqabətə çox gedirdiniz?” sualına belə cavab verib: “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir”.
Şəhriyar Məmmədyarov “Sizcə, niyə belədir?” sualına isə belə cavab verib:
“Qadınlar kişilərdən hansı sənətdə üstündür ki? Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”.
Bax belə...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN