Ötən gün Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar, AKINCI PUA-sının İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmilərin həyatını itirdiyi helikopter qəzasında axtarış fəaliyyətlərində iştirakını qiymətləndirib.

Tezadlar.az CNN- türk- ə istinadla bildirir ki, Selçuk Bayraktar jurnalistlərə açıqlamasında o şəraitdə belə sürətli əməliyyatı həyata keçirə biləcək gücün yalnız Akıncının olduğunu vurğulayıb. O qeyd edib ki, ərazi şərtlərinin mürəkkəb olmasına baxmayaraq, “Akıncı” PUA-larının helikopteri tapmaqda rolu böyük olub. Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar, Akıncı İHA-nın helikopter qalıqlarının yerləşdiyi əməliyyatın bütün dünyada iz qoyduğunu bildirib. Sitat: "Belə faciəvi bir hadisənin baş verməsi arzuolunmazdır, amma bütün dünya millətimizin inancının, mənəvi gücünün, maddi gücünün nə olduğunu gördü. Bu mənada bu ölkənin mühəndis oğlu olaraq deyə bilərəm ki, Həm Türk Silahlı Qüvvələrimizlə, həm də bu mühəndis qardaşlarımızla fəxr edirəm. Bayraktar AKINCI və Bayraktar TB2 pilotsuz uçuş aparatlarımızı inkişaf etdiririk və silahlı qüvvələrə xidmət göstəririk, texniki dəstək veririk. Sahədə qruplarımız var. Mən də çalışmışam. O gün, xüsusilə meteoroloji şərtlər çox çətin idi. Bu, sərhəd xaricində bir əməliyyat olduğundan və bu qədər əhəmiyyətli bir missiya olduğundan, Silahlı Qüvvələrdəki insanlar texniki dəstək üçün bizə müraciət etdilər. gecə, saat 11 radələrində idi və mən işdə idim. Həm Batmanda, həm Vanda, həm də Azərbaycanda AKINCI-lar var. Oradakı komanda yoldaşlarımızla koordinasiyalı olaraq bu missiyaya texniki dəstək verdik. Missiya boyunca çalışdıq. Türk Silahlı Qüvvələri bütün dünyaya damğasını vuran bir xilasetmə əməliyyatı həyata keçirdi".

Xatırladırıq ki, bu gün İranda helikopter qəzasında həlak olanlarla bağlı vida mərasimi keçirilir. Azərbaycanın baş naziri Əli Əsədov mərasimdə iştirak etmək üçün Tehrana yola düşüb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN