Xocalıya ilk köçən- doğma yurda qayıdanlar arasında "Təzadlar" qəzetinin xüsusi müxbiri Səriyyə Müslümqızı da var...

Bu dəqiqələrdə ailəsi ilə Xocalıya çatan Səriyyə Müslümqızı sevincini bizimlə bölüşdü:

- 32 ayrılıqdan sonra Xocalıdayam... Sevincimizin həddi və sərhədi yoxdur. Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarıq ki,  Qarabağın uzun illər köçkün və didərgin düşmüş ailələri kimi, bizim də doğma evimizə qayıdışımız hasil oldu. Bu gündən köçkünlüyümüzə son qoyulur... Özümü dünyanın ən xoşbəxti hesab edirəm. Bu xoşbəxtliyi ifadə etmək üçün, inanın, sözün də qüdrəti bəs etmir indi... 

- Jurnalist fəaliyyətinizin məzmun və forması bundan sonra necə olacaq?

- Hələlik yurda qayıdışımız vacib idi, bu da baş tutdu... MEdianın İnkişafı Agentliyinin Qarabağ İqtisadi Rayonunda bölməsinin yaradılmasını deyirlər. Belə olarsa, bu istiqamətdə fəaliyyətim davam edəcək. Bu olmayacaqsa, yenə də işlə bağlı problem yəqinki həllini tapacaq. Bilirsiniz ki, mən həm də QHT rəhbəriyəm. Bu sahədə də fəaliyyətiki davam etdirəcəyəm... Əsas odur ki, Xocalıdayam- doğma yurdumdayam...

Elbar Şirinov

f

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN