"Əslində, sanksiyalar və ya viza məhdudiyyətləri təhlükəsi tamamilə əks nəticə verir".

Tezadlar.az xəbər verir ki, bu sözləri baş nazir İrakli Kobaxidze, Qərbin sanksiyalarla bağlı təhdidlərinə münasibət bildirərkən deyib. Hökumət başçısının sözlərinə görə, bir neçə ay əvvəl məhdudiyyətlər ayrı-ayrı hakimlərə şamil edilsə də, onlar məhkəmənin müstəqilliyini heç bir şəkildə məhdudlaşdıra bilməyiblər. Sitat: “Reallıqda sanksiya hədələri və ya viza məhdudiyyətləri tamamilə əks məhsuldardır. Bir neçə ay əvvəl məhdudiyyətlər bir neçə hakimə şamil olundu və nəticədə yeganə şey - onların öz reputasiyasına xələl gətirdi. Onlar heç bir halda məhkəmənin müstəqilliyini, onun effektivliyini məhdudlaşdıra bilmədilər və bunun əvəzində heç bir sübut olmadan hakimlərə sanksiya vermələri sübuta yetirildikdə, özlərinin reputasiyasına ziyan vurdular. Təbii ki, artıq siyasi məmurlarla bağlı olan sanksiyalar təhlükəsi də eyni dərəcədə əks-məhsuldar olacaq”.

Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken yazılı bəyanat yayıb. Bəyanatda Amerika Birləşmiş Ştatları Administrasiyası “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstan hakimiyyətində təmsil olunan şəxslərə və onların ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq etmək üçün yeni siyasətə keçdiyini açıqlayıb.

Məlum qanunun əleyhidarlarının etiraz aksiyaları isə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN