Gürcüstanda prezidentlə baş nazirin komandası arasında gərginlik səngimir...

"Müxalifət özlərinə hörməti itiriblər, lideri yeni liderlə - Salome Zurabişvili ilə əvəz ediblər - böyük anlaşılmazlıq içindədirlər", - deyən  “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvili jurnalistlərə müsahibəsində Prezident Salome Zurabişvilinin irəli sürdüyü plana da münasibət bildirib. Qaribaşvilinin sözlərinə görə, bu gün Salome Zurabişvilini “rezident” adlandıran insanlar onun ətrafında birləşirlər, ona görə də, müxalifət öz hörmətini itirib: “Bu, Zurabişvilinin rolu deyil, onu özü seçməyib, onun üçün müəyyən ediblər. Mənim fikrimcə, bu, çox böyük anlaşılmazlıqdır. Ümumiyyətlə, səlahiyyət müddətinin bitməsinə sayılı günlər qalan şəxs hansı nizamnamədən danışır. Bir şeyi ictimaiyyətə xatırlatmaq istəyirəm, biz bu nizamnamə ətrafında nələrin baş verdiyini çox gözəl görürük. Onun (referendum) təklifi xaosla seçkilərdə qalib gəlməkdir – “müharibə ittifaqları” dövlət institutlarını dağıtmalı, sonra isə ölkəni yeni seçkilərə aparmalıdırlar. Onlar böyük bir anlaşılmazlıq içindədirlər. Onlar reallıqla nə qədər tez barışsalar, bir o qədər yaxşıdır. Təəssüf ki, ölkədə sülhü, sabitliyi, inkişafı təmin edən siyasi qüvvə yoxdur. Bu xanımın ətrafına toplaşan qarşı tərəf seçilərsə, ölkədə xaos, nizamsızlıq, müharibə qaçılmaz olacaq. Gürcü xalqı müdrikliklə sülhü, sabitliyi və inkişafı seçdi. Bu gün insanlara sülh lazımdır. Bizim çoxlu çətinliklərimiz var və ərazilərimizin işğalı hələ də həll olunmaz problemdir və diqqət mərkəzində saxlanılmalı olan bir çox başqa problemlər var”.

Məlumat üçün bildirək ki, Gürcüstan prezidenti Salome Zurabişvili fəaliyyət planını – “Gürcü Xartiyası”nı təqdim edib və siyasi partiyalara onun ətrafında birləşməyi təklif edib. Artıq bir sıra müxalif partiyalar prezidentə dəstək verməkdədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN