Rusiya Federasiyasının FTX-i Qara dəniz donanmasına qarşı terror aktları hazırlayan Ukrayna xüsusi xidmət orqanlarının agentlərini müəyyən edib.

Təhlükəsizlik orqanları Zaporojye vilayətində Ukraynanın xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin beş agentini saxlayıb.

Rusiya FTX Sevastopolda Qara dəniz donanmasının hərbi qulluqçularına qarşı terror aktları həyata keçirmək üçün Ukrayna xüsusi xidmət orqanlarının kəşfiyyat qrupunu müəyyən edib.

Bu barədə TASS-a RF FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən (İƏM)  məlumat verilib.

“Federal Təhlükəsizlik Xidməti (FTX) Sevastopol şəhərində Rusiya Qara Dəniz Donanmasının hərbi qulluqçularına, eləcə də bölgədəki hərbi, nəqliyyat və enerji infrastruktur obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün yaradılmış Ukrayna xüsusi xidmət orqanlarının agent qrupunu aşkar edib. Təhlükəsizlik orqanları tərəfindən Zaporojye vilayəti ərazisində Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin beş agentini saxlayıblar”, - İƏM qeyd edib.

Əvvəllər onlar RF CM -nin 222.1 (partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz saxlanması) maddəsi ilə məhkum olunublar. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım Respublikası və Sevastopol şəhəri üzrə İstintaq İdarəsi RF CM-nin 205-ci maddəsi (terror aktı), RF CM-nin 275-ci maddəsi (dövlətə xəyanət)ilə cinayət işi açıblar.

FTX qeyd edib ki, partlayıcı qurğular və silahlar agentlər tərəfindən Ukrayna ərazisindən poçt, avtobus nəqliyyatı ilə gətirilib və gizi yerlərə yerləşdirilib.

Gizli yerlərin koordinatları olan fotoşəkillər isə Ukrayna kuratorlarına göndərilib, onlar daha sonra icraçılara konkret təxribat və ya terror aktı həyata keçirmək üçün tapşırıqlar veriblər. 

“Hazırlanan təxribat və terror aktlarının bütün iştirakçıları bir-birini tanımırdılar. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidməti öz agentlərinin təhlükəsizliyinə arxayın idilər, lakin Rusiya FTX onların fəaliyyətinə tam nəzarət edirdi və bu, terror hücumlarının qarşısını almağa imkan verdi”, - deyə İƏM vurğulayıb.

Axtarışlar zamanı 3 ədəd istifadəyə hazır PUA, ümumi çəkisi təxminən 5 kq Böyük Britaniya istehsalı olan plastik partlayıcılar, 600 qram trotil, hərbi təyinatlı elektrik detonatorları, partlayıcı qurğuları işə salmaq üçün radio ilə idarə olunan mexanizmlər, 3 dağıdıcı silah anbarı aşkar edilib.

 İndi Ukrayna xüsusi xidmət orqanlarının agentlərini ömürlük həbsə qədər cəza gözləyir...

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN