Bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsinin elektron sistemindən əməkdaşımız Elçin Məmmədlinin oğlu, Vətən Müharibəsi veteranı

Tural Məmmədliyə mesaj gəlib ki, o, Sulutəpədən Müşfiqabad yoluna qalxarkən (Xırdalan Pivə Zavoduna paralel yol)  avtomobili 174 km-saat sürətlə idarə edib və ona 300 manat cərimə tətbiq olunub. Əgər tez ödəsə, 30 manat güzəşt ediləcək.

 T.Məmmədli tələbə olduğundan bunu atasından gizli saxlayaraq börc götürərək dərhal həmin cəriməni ödəməli olub. Lakin bir neçə gündən sonra atası bundan xəbər tutan kimi BDYP-nin 902 qaynar xəttinə şikayət ərizəsi yazıb ki, qeyd olunan qısa məsafəli ərazidə avtomobili bu sürətlə idarə etmək fiziki və texniki cəhətdən qeyri-mümkündür, cərimə ləğv edilməlidir.

 Bir müddət sonra Tural Məmmədliyə mesaj gəlib ki, həqiqətən də o haqlıdır, bu DYP avtomobilindəki texniki qüsur üzündən baş verib, ödədiyi pulu Kapitalbank-dan geri ala bilər. T.Məmmədli həmin pulu aidiyyəti bankdan geri alıb.

Maraqlıdır ki, həmin texniki qüsurun subyekti olan DYP əməkdaşı nasaz texniki qurğu ilə xidmətdə olduğuna görə, cəzalandırılmayıb. Bəs həmin gün daha neçə sürücüyə bu texniki nasaz qurğulu DYP avtomobilinin inspektorları tərəfindən cərimə yazılıb???

E.Şirinov

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN