ABŞ Konqresində Gürcüstanla bağlı son müzakirə və dinləmələr Gürcüstanda ciddi müzakirələrə səbəb olub...

GÜrcüstanın spikeri Şalva Papuaşvili bu barədə danışarkən deyib ki, dünən Konqresdə Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsir haqqında” qanun müzakirə edilib: "Açıq Cəmiyyət Fondunun Avropaya inteqrasiya proqramının rəhbəri Vano Çxikvadze, Gürcüstanın Avropa İttifaqındakı missiyasının keçmiş rəhbəri Nataliya Sabanadze və ABŞ-nin Gürcüstandakı keçmiş səfiri Uilyam Kortni oraya dəvət olunublar. Təəssüf ki, biz Konqresdə anti-Gürcüstan bəyanatlar axını gördük və bu, çox üzücüdür. Seçkilər haqqında dezinformasiyaları görəndə, gürcü vətəndaşların xarici ölkədə öz vətənlərini necə aşağılamağa çalışdıqlarını görəndə çox məyus oluruq".

Papuaşvilinin sözlərinə görə, parlament seçkilərində əhali müstəqil və vassal dövlət arasında seçim edəcək.

Ekspertlər Gürcüstanın durduğu yerdə özünü qalmaqala salmasını pis qarşılayırlar...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN