Bakı sakinləri bu səhəri də bir sıra yollardakı tıxacla qarşılamalı oldu... 

Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

5. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

7. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Sürücülərə və işə, məktəbə, xəstəxanaya... gecikən sərnişinlərə səbr arzulayırıq...

RAMİZ ƏHMƏDOĞLU

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN