Qax şəhərində yerləşən “İnvitro” klinikasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

Tezadlar.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşib. Belə ki, obyekt avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğuları ilə təmin edilməyib, həmçini elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb.

Bundan başqa, təxliyə planı düzgün tərtib edilməyib və ehtiyat çıxış yolları bağlanılıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib. Bütün bunlar nəzərə alınaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “İnvitro” klinikasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

FHN əməkdaşları həqiqətən də doğru qərar qəbul edib... Klinika insanların sağlamlığına xidmət edirsə, deməli, yanğın təhlükəsizliyi də bu sahəıyə aiddir. Və yanğın təhlükəsizliyi həm də klinikanın özünün mövcudluğuna birbaşa aid məsələdir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN