Azərbaycanda orta məktəblərin 11-ci sinif şagirdləri üçün “Son zəng” günüdür...

Tezadlar.az xatırladır ki, 15 sentyabrda başlayan 2023-2024-cü tədris ili 14 iyunda başa çatır. Elə Elm və Təhsil Nazirliyi “Son zəng”lə bağlı məktəblərə müvafiq tapşırıqlar da verib. 
Qeyd edək ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi bitirir. Bu tədris ilində ölkə üzrə 137 862 şagird birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.

Bu günkü "Son zəng" həm də orta məktəbləri bitirənlər üçün həyat imtahanına başlama günü kimi xatırlanır. Çünki məhz bu gündən sonra məktəb ərköyünlüyünə, şagird uşaqlığına son qoyulur, şagirdlər bundan sonra abituriyent, daha sonra tələbə, ondan sonra isə magistr olacaqlar...

Uğurlu yol və müvəffəqiyyətli həyat imtahanı arzulayırıq!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN