Tanınmış Amerikalı politoloq Con Mirşaymer “Judging Freedom” “YouTube” kanalına müsahibəsi zamanı Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi Ukrayna üçün sülh planını yüksək qiymətləndirdiyini bəyan edib...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, onun fikrincə, bu, hazırda Ukrayna üçün ən yaxşı sövdələşmədir. O, Kiyevi və Qərbi Rusiya liderinin şərtlərini qəbul etməyə və danışıqlara başlamağa çağırıb. Ekspert hesab edir ki, Ukrayna hakimiyyəti dövlətin dörd regionunu itirməsi faktını etiraf etməli, həmçinin NATO-ya üzv olmaqdan imtina edərək neytrallığını bəyan etməlidir. Bundan əvvəl MKİ-nin keçmiş agenti Larri Conson da xəbərdarlıq etmişdi ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putinin sülh planını qəbul etməkdən imtina etməsi Kiyevin itirilməsinə səbəb ola bilər. 

Xatırladaq ki, iyunun 14-də Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Rusiyanın xüsusi hərbi əməliyyat zonasında atəşkəs əldə etməsi üçün iki şərt səsləndirib. Onun sözlərinə görə, Ukrayna Xerson və Zaporojye vilayətlərindən, həmçinin Luqansk və Donetsk Xalq Respublikalarından qoşunlarını çıxardıqdan sonra Moskva atəşi dayandıracaq. Bundan əlavə, Kiyev NATO-ya üzv olmaqdan imtinası barədə rəsmi məlumat verməlidir.

Sayt yazır ki, Zelenski ümumilikdə, sülh çağırışlarına müsbət yanaşdığını bildirsə də, rəsmi Moskvanın törətdiyi əməllərə hüquqi qiymət verilməli olduğunu da bildirib. Hələki rəsmi Kiyev Putinin bu təklifinə rəsmi münasibət bildirməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN