Gözlənildiyi kimi, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova bildirib. S.Qafarova deyib ki, toplantının gündəliyindəki ilk məsələ Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə olacaq. Hansı ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

Bu Azərbaycanın seçki tarixində ilk hadisədir ki, deputat özünü buraxdığını elan edir. Bunun siyasi mənası isə odur ki, on minlərlə seçicinin etibar etdiyi deputata artıq etimad yoxdur... Əslində isə, parlamentdə 24 ildir deputatlıq edib bir dəfə də olsun seçicisinin yanında olmayan, parlamentin ciddi müzakirələrində səsi çıxmayan Ağdamın deputatı Bəxtiyar Sadıqov kimiləri də az deyil. Belə deputatlıq isə dövlət büdcəsinə 24 illik ziyan və parlament institutuna təhqir olmaqdan başqa bir şey deyildir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN