Uzun illərdir "Ağcaqum çölündə qatar düz gedir..." kimi məşhur olan poemanın Xalq şairi Səməd Vurğuna aid olduğu deyilir və söylənilirdi...
Tanınmış araşdırmaçı- filoloq Vasif Sadıqlı bu barədə maraqlı status paylaşıb. "Təzadlar" aşağıda olduğu kimi təqdim edir:
"Hər kəsi öz yazdığı şeirə görə tənqid -tərif edək.... Belə ki, son vaxtlar (son deyəndə neçə illərdir...) sosial şəbəkələrdə plagiat baş alıb gedir.
Sabirin adına çıxılan şeirlərin ona məxsus olmadığını sübut etmək üçün nə qədər rəylər yazdıq. Qəribədir ki, bir müasirimizin şeirini Sabirin şeiri adı ilə paylaşanın biri professor idi, özü də filoloqdur. Həm də yazıçı olmalıdır. Buna şərh bölməsinə həmin şeirin Sabirə məxsus olmadığını da yazdıq.
Vecinə də olmadı. Nə qədər cahil olmalısan ki, o şeirin Sabirin üslübuna uyğun olmadığını sezməyəsən... Kütlə, savadsız oxucu, qeyri peşə sahibləri o ortabab şeirlərə “əhsən”, “dahi şairimiz”, “möhtəşəm” yazanda hardasa başa düşmək olur... Professorsan, bayırlığın olsun...
XXX 

 Əlqərəz. Başqa bir məsələ də adamı başqasının yazdığı şeirə görə “daşqalaq” eləməkdir. Deyəsən, bu da xeyli vaxtdır davam edir.  “Ağcaqum çölündə qatar düz gedir”ə görə Səməd Vurğuna deyilməyən söz qalmadı. Doğrudur, Vurğun da 26-lara poema həsr edib, amma deyilən misralar onun deyil. Bir dəfə bu barədə mərhum professor Buludxan Xəlilov yazdı, həmin sətirlərin Xəlil Rza Ulutürkə aid olduğunu bildirdi. Deyəsən, Vurğunu söymək istəyənlər qane olmadı. Məcbur olub Milli Kitabxanaya üz tutduq. Kitabı tapdıq, poemanın bütövlükdə surətini çıxardıq. Kitabın adı “Bahar gəlir”dir.  Yazanı Xəlil Xəlilov, yəni mərhum Xəlil Rza Ulutürk. Kitab 1957-ci ildə nəşr edilib. “26-lar” poeması 22-39-cu səhifələrdədir.
Təsəvvür bitkin olsun deyə, poemanın əvvəlindən bir neçə səhifəni və “Ağqacum çölündə qatar düz gedir” hissəsini təqdim edirəm... Allah hər iki böyük şairə rəhmət eləsin!".

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN