Şabranda evə basqın etməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Tezadlar.az xatırladır ki, cinayət əməlini törətməkdə şübhəli bilinən digər şəxs - əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov da tutulub. Hansı ki, Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. 1966-cı il təvəllüdlü şəxs (kişi cinsli) 24.06.2024-cü il tarixdə saat 12:30 radələrində Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə, huşsuz gətirilib. TƏBİB-dən isə bildirilib ki, Zərərçəkənə ağır açıq kəllə-beyin travması, baş-beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, təpə və sağ ənsə, gicgah nahiyələrinin çoxqəlpəli, basılmış sınıqları, təpə, ənsə nahiyələrinin çoxsaylı əzilmiş, sıyrılmış yaraları diaqnozları təyin edilib. Hazırda əməliyyat olunur. Vəziyyəti ağırdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN