Tanınmış hüquqşünasş yol hərəkətinin təhlükəsizliyi üüzrə ekspert Ərşad Hüseynov Tarif Şurasının yanacağın artırılması ilə bağlı son qərarından təəssüflənib... Ə.Hüseynovun sosial media hesabındakı statusunda deyilir: "Əhalinin daha çox işlətdiyi avtomobil yanacağının (92 oktanlı benzinin və dizel yanacağının) qiymətinin artırılması da doğru yanaşma deyil. Bu artımların əsaslandırılması arqumentlərindən biri olaraq ölkədə elektomobillərə marağın artırılması qeyd olunur. Amma əsas hədəfin avtomobillərdən istifadənin azaldılması olduğu da vurğulanır. Lakin elektromobil də avtomobildir, o da tıxaca düşür, özü də hava ilə işləmir. Onun da işlətdiyi enerjinin ölkəmizdəki əsas mənşəyi karbohidrogendir...
Digər tərəfdən, benzinin qiyməti artırılsa da, elektromobillər hamı üçün əlçatan olmadığından sürətli elektromobilləşmə gözlənilmir.
Dəfələrlə vurğuladığım kimi, bizim ölkəmizdə avtomobil çox deyil, əksinə azdır. Sadəcə ictimai nəqliyyat bərbad olduğuna görə insanlar əllərində olan və avtomobil sayıla biləcək hər şeydən gündəlik istifadəyə məcburdurlar. Fərdi avtomobillərdən istifadəni azaltmağın yeganə düzgün yolu komfortlu, dəqiq qrafiklə işləyən, hər yerdə əlçatan olan ictimai nəqliyyatdır...
Dizel yanacağının qiymətinin artırılması isə ictimai nəqliyyatın xərclərini də artıracaq (Bakıda CNG ilə işləyən avtobuslar istisna olmaqla, ölkənin avtobus parkı az qala tam olaraq dizellə işləyir).
Dizel yanacağının qiymətinin artırılması kommersiya yükdaşımalarının da maya dəyərini artıracaq, çünki yük avtomobillərinin də mütləq əksəriyyəti dizellə işləyir.
Ümumiyyətlə yanacaq qiymətinin artımı ölkədə bütün sahələrdə inflyasiyaya təkan verən əsas amillərdən biridir...".
Əlavə şərhə ehtiyac varmı?!
"Təzadlar"
Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN