Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 218 əməkdaşı məsuliyyətə cəlb edilib.

Bu barədə Dövlət Xidmətindən məlumat yayıb. Bildirilir ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

*** 

Xatırladırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsininrəisi işləmiş Seymur Qurbanovun qanunsuz əməlləri barədə "Təzadlar"a daxil olan şikayətlər əsasında bu günlərdə yazı dərc edilmişdir... Redaksiya qanunvericiliyin tələblərinə riayət edərək həmin şikayətlər əsasında hazırlanmış yazını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərmişdir. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Təzadlar"a cavab daxil olmuşdur. Rəsmi cavab məktubunda deyilir: ""Təzadlar" qəzeti redaksiyasına. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa ŞŞ-nin sabiq rəisi Seymur Qurbanovun xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlarla bağlı dərc edilmiş yazı ilə əlaqədar bildiririk ki, o, mənfi motivlə xidmətdən xaric edilmişdir. Qanunsuz əməlləri ilə bağlı barəsində toplanmıış araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir". 

Seymur Qurbanovdan şikayətçilərin isə sayı artmaqdadır.

A.Məmmədli

Pin It

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN