Ermənistanın siyasi rəhbərliyi bir daha inanır ki, Azərbaycanla sülh sazişinin imzalanması reallıqdır, zamanın tələbidir...

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, "Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionda dayanıqlı sülhün qorunması və bərqərar olması üçün tarixi hadisə olacaq",- deyən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə danışıqlarda zamanı onu da bildirib ki, bir ay ərzində intensiv iş aparılarsa, bu prosesi başa çatdıra və Azərbaycanla bu mühüm saziş imzalana bilər: “Mən bəyan etdim ki, bir ay ərzində intensiv işləsək, bu prosesi başa çatdıra və Azərbaycanla bu mühüm sazişi imzalaya bilərik. Bununla yanaşı, regionda inkişaf və sabitlik baxımından infrastruktur və kommunikasiyaların tam açılmasının vacibliyini müzakirə etmək istərdim. Biz konstruktiv şəkildə Ermənistan və Azərbaycan arasında infrastruktur və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıyıq. Bu, təkcə Ermənistan üçün deyil, digər region ölkələri üçün də iqtisadi cəhətdən sərfəlidir”.

Mirzoyan əlavə edib ki, Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və dövlət sərhədinin açılmasına hazırdır: "Ölkələrimiz artıq sağlam dialoq qurublar. İrəvanla Ankara arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin vaxtı çatıb. Ermənistan qonşuları ilə münasibətlərin tənzimlənməsində maraqlıdır və bu istiqamətdə praktiki addımlar atır".

Bəli, ən böyük hakim zamandır... Ermənistanda yatsalar yuxularına da girməzdi ki, vəziyyət indiki kimi ola bilərmiş...

A.Məmmədli

Pin It

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN