Azərbaycanda tanınmış yazıçı Zaur Ustac  Laçın şəhərindəki "Simurq" kitabxanasına kitabbəxşetmə kampaniyası çərçivəsində müəllifi olduğu kitabları və şəxsi kitabxanasından 93 nüsxə kitab hədiyyə edib.

Tezadlar.az xəbər verir ki, hədiyyə olunan kitablar arasında Zaur Ustacın müəllifi olduğu "Sevgi dolu şeirlər", "Məhdud həyatın məchul düşüncələri", "Əliş və Anna", "Mum kimi yumşalanda", "Gülünün şeirləri" və digər kitabları xüsusi yer alıb.

Hesab edirik ki, hədiyyə olunan bu kitablar "Simurq" kitabxanasının fondunun zənginləşməsində, oxucularının elmi, bədii və tədris ədəbiyyatına olan tələbatının ödənilməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, fevral ayının 4-də açılan kitabxana Laçına yeni köçmüş sakinlərin təşəbbüsü ilə görkəmli maarifçi, yazıçı Tağı Şahbazi Simurğun şərəfinə "Simurq" adlandırılıb.

E.ŞİRİNOV

448631739_122157748526205739_3298942938090018682_n

448699099_122157748550205739_7119184986097784414_n

448900065_122157750560205739_262884304457423102_n

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN