Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin dayandırılması və sülh danışıqlarına başlanılması yenidən gündəmə gəlib...

Və Türkiyə Prezidentinin bu danışıqlarda vasitəçiliyi məsələsi yenidən aktuallaşıb. Lakin "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda vasitəçilik edə bilməz, çünki Ukrayna Rusiya ilə hər hansı danışıqları rədd edir",- deyən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əlavə edib ki, Ukrayna rəhbərliyi Vladimir Putinin “sülh planını” qətiyyətlə rədd edib. Sitat: “Buna görə də hazırda nə Ərdoğan, nə də başqası vasitəçi ola bilməz”.

Tezadlar.az xatırladır ki, iyulun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı bir daha bildirib ki, Ankara Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunmasının təməlini qoya bilər. Türkiyə Prezidenti onu da deyib ki, ölkəsi regionda və bütün dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək: “Türkiyə əvvəlcə atəşkəs, sonra isə sülh sazişi ilə Rusiya və Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün razılaşmanın əldə olunmasının təməlini qoya bilər. Hər iki tərəfi qane edə biləcək ədalətli sülh mümkündür”.

Müharibə isə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN