Bu günlərdı Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında "bozqurd" işarəsi göstərən

Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb. Tezadlar.az UEFA- nın rəsmi saytına istinadla bildirir ki, 26 yaşlı idmançı 2 oyunluq diskvalifikasiya olunub. Yəni, iki oyundan iştirakdan məhrum edilib. Belə ki, Demiral ¼ final mərhələsində Niderlanda qarşı oyanaya bilməyəcək. Qeyd edək ki, "ay-ulduzlular" iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

Bu da futbolun beynəlxalq tələbləri və şərtləri... UEFA rəhbərliyi idmanı siyasətə qatmamağı tövsiyyə edir, amma qəbrə qoyulmuş "DQR" bayrağını meydanda dalğalandırmaq olardı...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN