Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 5-6-da Azərbaycana işgüzar səfərə gələcək.

TEZADLAR.AZ gazeta.uz-a istinadən  xəbər verir ki, Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 Özbəkistan Prezidenti Türk Dövlətləri Təşkilatının Şuşa şəhərində keçiriləcək “Nəqliyyat bağlantısı vasitəsilə davamlı gələcək qurulması və iqlim dəyişikliyi ilə mübarizə" mövzusunda qeyri-rəsmi sammitində iştirak edəcək.

 Sammitdə ilk növbədə ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, investisiya və maliyyə sahələrində, həmçinin yaşıl iqtisadiyyat, bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə və insan kapitalının inkişafı sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

 Nümayəndə heyətlərinin başçıları beynəlxalq və regional gündəliyin cari məsələlərini də nəzərdən keçirəcəklər.

 Tədbirin yekunları üzrə bir sıra birgə sənədlərin qəbulu planlaşdırılır.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN