Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Tezadlar.az xatırladır ki, Münhendəki “Alyans Arena"da reallaşan matçda pireneylilər qələbə qazanıb - 2:1. Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status-kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün, saat 23:00-da start götürəcək Niderland - İngiltərə matçında aydınlıq gələcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN