Azərbaycan dili ilə bağlı direktiv aktlarda və qanunvericilikdə birmənalı fikir təsbit olunub... Axı dil ölkənin, millətin və dövlətin əsas atributudur. Əlavə şərhə lüzum görmədən mətləbə keçək.
Bakı Azərbaycanın paytaxtıdır və ölkəyə gələn turistlər, rəsmi qonaqlar paytaxt küçələrində Azərbaycana aid olmayan, yad-əcnəbi adlı nişanələri görəndə nə düşünməlidir? Sual yəqinki çətin və qəliz də deyil.
İkinci sual: niyə Bakıya ayaq basan əcnəbi bu ölkənin paytaxtının Azərbaycana aidiyyəti haqqında deyil, fərqli düşüncəyə sahib olmalıdır???  Bakının küçələrində indi Azərbaycan dilli dükan, restoran, kafe, otel və s. tapanda sevinməyə məhkumuq. Axı, hətta Bakının elə  küçələri var ki, bir dənə də olsun Azərbaycan dilli ada rast gəlinmir. Bu, paytaxta, Azərbaycan adına və dilimizə, özümüzə hörmətsizlikdir! Belə çıxır ki, özümüzdə tikilən bütün otellər və ya restoran-kafelər, dükanlar əcnəbilər üçündür?!
o
Sosial platforma istifadəçisi, politoloq Rüfət Muradlı bu məzmunlu maraqlı paylaşım edib. Sitat: "...Müstəqil olmadığımız  Sovetlər dönəmində belə hotel adlarımız müəyyən qədər “milliliyini” qorumuşdu. “Azərbaycan”, "Qarabağ", “Bakı”, “Araz”, “Cənub” mehmanxanaları çox da uzaq olmayan keçmişimizə aiddir. Bəs, indi? Şübhəsiz ki, dünyanın brend hotellərinin Bakıda olması təqdirəlayiqdir və bu, turizm sənayesi üçün vacibdir. Amma həmin brendlər ölkə hotellərinin heç iki faizini də əhatə etmir. “Four Season”, “Hilton Baku”, “Marriot Absheron”, “Sheraton”, “Ramada”, “Hyatt Recency”, “Days”, “Holiday” və sair kimi… Bəs, Bakının köksündə Qış Parkının kənarında salınmış hotelə “Winter Park”, Dənizkənarı Parkda və ətrafındakı hotellərə Bulvar deyil, “Boulvard”, ya “Boulvard Side”, tarixi İçərişəhərdəki hoteli “Old City” adlandırmaığı necə izah edək? “Ambassador”, “Ambians”, “Altstadt”, “Austin”, “Balion”, “City Mansion”, “Clear”, “Crescent Beach”, “King Palace” və bu kimi yüzlərlə əcnəbi ad daşıyan hotellərə yerli ad verməyin hansı “əksikliyi” ola bilər axı? Bax, bunu anlamaq mümkün deyil. Söz birləşməsindən ibarət adlarda sahili “beach”, sarayı “palace”, qonağı “guest” , qonaq evini “guest house”, qülləni “tower”, qapıları “gates”lə əvəzləməyin, məhz əcnəbi dillərə üstünlük verməyin hansı zərurətdən doğduğunu eşitmək maraqlı olardı. Amma səbəb nə olursa olsun, doğma dildən imtinaya dəyərmi?".
Bu statusa onu da əlavə edək ki, əgər iş adamları Azərbaycanın milli maraqlarını yox, özünün şəxsi maraqlarını düşünürsə, onda bunun da çıxış yolu var: adlar iki dildə yazılsın-Azərbaycan və rus, yaxud ingilis dilində... Bu çətinmi bir məsələdir?!
Asif MƏRZİLİ
o
o
o
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN