"Gürcü arzusu” fraksiyasının təqdim etdiyi “Amnistiya haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.

Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş bir sıra cinayətlərə şamil olunacaq. O cümlədən, amnistiya Mülki Məcəllənin 66-cı maddəsini əhatə edəcək. Bundan başqa, sadalanan 66 maddədən əlavə, 1/6 azalma əlavə 225 maddəyə şamil olunacaq. Bildirilir ki, amnistiya adam öldürmə, narkotik alveri, seksual cinayətlər, quldurluq, terrorizm, korrupsiya, vəzifə cinayətləri, kriminal aləmi, şərti cinayətlər, insan alveri və digər ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil edilməyəcək. Ayrıca qeyd etmək lazımdır ki, Amnistiya şərti məhkum edilmiş şəxslərə xüsusi yanaşma tətbiq edir və sınaq müddətinin bir il azaldılması təxminən 7000 nəfərə təsir edəcək ki, bu da Amnistiyanın əvvəlki proqramları ilə müqayisədə yenilikdir. Qanunun qəbulu şərtlərinə gəlincə, növbədənkənar sessiyada birinci oxunuşda qəbul edilməsi planlaşdırılır.

Ekspertlər, nəhayət, bu qanunun qəbul edilməsinin Saakaşviliyə də şamil olunacağını deyirlər. Ölkə prezidenti də Saakaşvilinin azadlığında maraqlıdır. Lakin Baş nazirin komandası bu məsələdə əks mövqedədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN