Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında münaqişənin tezliklə bitəcəyini gözləmədiyini bildirib.

Tezadlar.az CNN- türk-ə istinadla xəbər verir ki, bu barədə o, İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinə buraxılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, münaqişənin yaxın gələcəkdə başa çatması üçün güclü iradə yoxdur: “Rusiya ilə Ukrayna arasında müharibə təxminən iki il yarımdır ki, davam edir. Tərəflərdən heç birinin digəri üzərində tam üstünlük əldə edə bilməyəcəyi münaqişə əhəmiyyətli itkilərə və dağıntılara səbəb olur. Təəssüflə etiraf edirəm ki, münaqişənin yaxın gələcəkdə başa çatması üçün güclü iradə yoxdur”, – deyə Ərdoğan vurğulayıb. Onun sözlərinə görə, Türkiyə “müharibə tacirlərindən başqa heç kimə faydası olmayan” münaqişəni dayandırmaq üçün “mümkün olan hər şeyi edir”.

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN