Xəbər verdiyimiz kimi, iyulun 10-da “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Mətbuat Şurasının “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı elan etdiyi media müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir...

Azərbaycan Mətbuat Şurasının hazırda Azərbaycan Dəmiryol Muzeyi kimi fəaliyyət göstərən tarixi Sabunçu vağzalında baş tutan tədbirdə ADY-nin və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Medianın İnkişafı Agentliyinin məsul əməkdaşları, tanınmış media nümayəndələri iştirak etmişdilər. Tədbirdə ADY sədrinin müşaviri Aysel Soltanova çıxış edərək müsabiqənin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulamışdı... Sonra tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, münsiflər heyətinin üzvləri- professor Qulu Məhərrəmli və MEDİA-nın Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva müsabiqəyə daxil olan araşdırma yazılarının dolğun, analitik və innovativ olduğunu vurğulamışdılar.

 

Nəhayət, çıxışların ardınca qaliblərin adları elan edildi və məlum oldu ki, "Təzadlar" qəzetinin iki əməkdaşı mükafat alanlar sırasında yer alıb. Qəzetin baş redaktoru Asif Mərzili araşdırma yazısına görə 1-ci yerin qalibi, Elçin Məmmədli isə həvəsləndirici mükafatçılardan olublar.

Bu gün qaliblərə diplomlar təqdim edildi.

Aşağıda 1-ci yerə layiq görülmüş yazının linkini təqdim edirik:

https://tezadlar.az/index.php/en/agenda/28423-az-rbaycanda-yasil-enerji-y-yasil-i-siq

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN