Bolnisi bələdiyyəsinin Qoçulu kəndində anadan olmuş, tanınmış şair-jurnalist Dünyamalı Kərəm 104 yaşında vəfat edib.

Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, o, 28 iyul tarixində doğulduğu Qoçulu kəndində torpağa tapşırılacaq. Qeyd edək ki, müxtəlif dövrlərdə Azərbaycanda yayımlanan "Kommunist", Gürcüstanda yayımlanan "Yeni fikir", "Sovet kəndi", "Sovet Gürcüstanı" və digər mətbu orqanlarda məsul vəzifələrdə çalışan D.Kərəm sanballı publisistik yazıları və poetik yaradıcılığı ilə yanaşı, həm də düzgünlüyü, ədalətli mövqeyi ilə də insanların rəğbətini qazanıb. Bir neçə şeir kitabının müəllifi olan Dünyamalı Kərəm ömrünün son günlərinə kimi yazıb-yaradıb. O, məhsuldar bədii yaradıcılığına və peşə fəaliyyətinə görə 1979-cu ildə Gürcüstan SSR-nin “Əməkdar jurnalisti” fəxri adına və 2000-ci ildə Gürcüstanın "Şərəf" ordeninə layiq görülüb. Dünyamalı Kərəm iki dəfə Ali sovetin Fəxri Fərmanı ilə təltif olunub.

 Allah rəhmət etsin!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA