Dünya Paşinyanın sülh müqaviləsini imzalamasını gözlədiyi bir vaxtda, Ermənistan ordusu hərbi təxribatlara başlayıb...

Tezadlar.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla bildirir ki, dünən iyulun 28-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Sitat: "İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb".

Sülh və hərb! Paşinyanın komandası deyəsən bunun əsl mənasını hələ də dərk edə bilmir. Bunu onlara 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu başa saldı, amma görünür bir az da dərindən başa salmaq lazım gələcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN