Nəhayət, gözlənilmədiyi halda VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

Tezadlar.az xatırladır ki, bu barədə V.Əhmədov özü məlumat paylaşıb. Namizəd bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb. Sitat: "Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram".

V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. 

Onu da xatırladaq ki, iyunun 28-də Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN