"Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik".

Tezadlar.az CNN-TÜRK-ə istinadla bildirir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına deyib. Ərdoğan deyib ki, mümkün olmayan heç nə yoxdur. Bu cür addımlar atmaq üçün sadəcə güclü olmaq lazımdır. Sitat: "Biz çox güclü olmalıyıq ki, İsrail Fələstinə bunları edə bilməsin. Biz necə Qarabağa girdiksə, necə Liviyaya girdiksə, bunun bənzərini eyni ilə onlara da edərik".

Türkiyə heç vaxt Qarabağa ordu ilə girməyib, amma İkinci Qarabağ savaşında Azərbaycana misilsiz siyasi dəstək verib, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin azad edilməsi uğrunda apardığı müharibəyə üçüncü ölkənin qarışacağı təqdirdə türk ordusunun da savaşa girəcəyini elan edib.

Türkiyə-Azərbaycan: bir ananın iki övladı! 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN