Tbilisi Şəhər Məhkəməsində, "7 Noyabr" işi üzrə eks prezident Mixeil Saakaşvilinin məhkəməsi davam edib.

Tezadlar.az 24News.ge- yə istinadla bildirir ki, məhkımə Prosesində oittiham tərəfinin sübutlarının tədqiqi və ittiham tərəfinin şahidlərinin dindirilməsi davam etdiriləcək. Bundan əvvəl Mixeil Saakaşvili vətəndaşlara müraciət edərək bildirib ki, hökumət seçkilərdə uduzub və insanlar öz səslərini qorumağa hazırlaşmalıdırlar: “Biz hamımız seçkilərə getməyə, seçkiləri müşahidə etməyə, səslər uğrunda mübarizəyə hazırlaşmalıyıq. Qələbə yalnız döyüşməklə əldə edilir. Bu seçkilərdə gürcü xalqının tam qələbəsindən başqa heç bir nəticə qəbul edilməyəcək. Siz saxtakarlığa, zorakılığa hazırlaşırsınız, biz özümüzü müdafiə edəcəyik", - deyə M. Saakaşvili bildirib. Onun sözlərinə görə, hakimiyyət saxtalaşdırılmış seçki nəticələrini açıqlayacaq. O, Bidzina İvanişviliyə müraciət edərək bildirib ki, gürcü xalqının tam qələbəsindən başqa heç bir başqa nəticəni qəbul etməyəcək və razılaşmayacaqlar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN