"Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi demək olar ki, dayandırılıb".

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə Aİ Nümayəndəliyinin rəhbəri Asuncion Sançez Ruiz  Gürcüstan Xarici İşlər Nazirliyində Avropa Komissiyasının doqquz tövsiyəsinin icrasının irəliləyişilə bağlı təqdimatdan sonra bildirib. O qeyd edib ki, "Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu prosesin baş verməsinə səbəb olub. Sitat: ""Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın Aİ-yə daxil olmasına maneədir. Biz hökuməti təşəbbüsü geri götürməyə çağırırıq. Çünki, bu, faktiki olaraq Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin dayandırılmasına gətirib çıxarır”.

Xatırladaq ki, dünən Gürcüstan Xarici İşlər Nazirliyində Avropa Komissiyasının doqquz tövsiyəsinin icrasının irəliləyişilə bağlı təqdimat keçirilib. Tədbirə Aİ-yə üzv dövlətlərin Gürcüstanda akkreditə olunmuş səfirləri və səfirliklərinin nümayəndələri dəvət olunub.

Beləliklə, Gürcüstan 2014-cü ildə ölkə ərazisini işğal etmiş Rusiyaya indi meyillənməsi ölkəni həm "Vəli aşından edib, həm də Əli aşından...". Saakaşvilinin davası da elə buna görədir. Sitat: "Axı necə ola bilər ki, ölkə onu işğal etmiş ölkədən imdad diləyir???".

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN