...QS reytinq ixtisaslar üzrə indeks müəyyənləşdirib... Tanınmış professor Saleh Məmmədov bu barədə maraqlı status paylaşıb. Sitat: "...Məni ən çox maraqlandıran Rəqəmsal keçid başlayandan sonra meydana çıxan elmlərdir. Bunlardan ən vacibi, demək olar ki, 4-cü sənaye inqilabının aparıcı (lokomativ) gücü olan Data sayəns (Məlumat elmi və süni intellekt elmidir). QS bu ixtisaslar üzrə reytinq cədvəlinə təhlil etdiyi 2500 universitetdən cəmi 72-sini daxil etmişdir. İlk beşlikdə olan universitetlərin 4-ü ABŞ, biri isə İngiltərə universitetidir. Altıncı universitet Sinqapura məxsusdur..... Müsəlman ölkələindən Malaziyanın iki universiteti, Qazağıstanın bir universiteti və Səudiyyə Ərəbistanının bir universiteti bu cədvəldə yer almışdır. Nə Türkiyə, nə İran, nə də Azərbaycan universitetləri bu siyahada yer almamışdır. Maraqlı burasıdır ki, Azərbaycanda hələ bu ixtisaslar rəsmi səviyyədə heç tanınmamışdır, kadr hazırlığına başlanmamışdır, elmi-tədqiqat işi aparılmır. Bu gün dünyanı idarə əsasən bu elmlər olmasına baxmayaraq, universitetlərdə fənn kimi də öyrədilmir. Yalnız bu ixtisaslar deyil, digər çoxsaylı yeni ixtisasların əksəriyyəti üzrə də eyni vəziyyətdir. Bir yalnız UNEC üç ilə yaxındır ki, hər iki ixtisas üzrə ciddi hazırlıq işi aparmış, xüsusi kurslarda müəllimlərin hazırlanmasını həyata keçirmiş, tədris planları, dərs vəsaitləri hazırlayıb ETN-nə (Yəni, nazir Emin Əmirullayevə. RED.) təqdim etmişdir. Müəllimlər hazırlığı üzrə kurslar bu gün də davam edir. Təəssüf ki, 3 ildir ki, bu ixtisaslar hələ də qəbul planına salınmayıb, ETN, NK və Universitet arasında yazışmalarda qalmaqda davam edir...".
XXX
Bəli, dünya bu gün süni intellekt üzrə elmi nailiyyətlərini Azərbaycan əsilli alim Lütfi Zadə nəzəriyyəsindən bəhrələnir, bu nəzəriyyənin məhsullarını dünyaya satıb milyardlar qazanır, biz isə dünyaya tükənməz olmayan neft və qaz satıb milyonlar qazanmaq arzusundayıq... 
 Başqa bir məqalədə demişdik, Azərbaycanda təhsil sahəsində faciəvi vəziyyət yaranıb... Nazirlər dəyişir, onların "əyin-başı" dəyişir, amma təhsildə vəziyyət dəyişmir... Təhsil isə ölkənin-dövlətin və millətin gələcəyidir. Gələcəyimiz ingilisdilli danışmaq vərdişlilərdən asılıdırsa və təsildə "bir addım irəli, iki addım geri"yə gedilirsə, demək, vəziyyətimiz narahatlıq doğurmaqdadır... 
Bəyənmədiyimiz Sovetlər dönəminin alaçıqlarında, tövlə hallı məktəblərində təhsil alanlarımız dünyanın məşhur alimi ola bilirdilər, indi guya ən müasir elmlə məşğuluq, amma elmimiz yoxdur...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN