Dəfələrlə deyilib, yazılır və etiraz olunur ki, Şuşa incəlikdir, təbiilikdir, müqəddəslikdir...

Amma indi məlum olur ki, bəziləri Şuşaya müqəddəslik kimi deyil, qazanıb pul əldə etmək gözü ilə baxır... Məhəmməd Türkmən yazır: "...Şuşada qiymətləri kim təyin edir? Niyə bir çaynik çay (yemək yeyəndən sonra) 10 manatdır? Niyə oteldə otaq 300 manatdır? Nəyə əsasəndir bu qiymət? "Ay kasıb, sən kimsən axı Şuşada çay içəsən, oteldə qalasan" deməkdir bu? Torpağı almağa gələndə ay kasıb, get qabağa... Yaşamağa, qalmağa, gəzməyə gələndə isə ay kasıb, sənlik deyil... Qarabağ hər yerdən ucuz olmalıdır ki, orada yaşam olsun, nəfəs gəlsin. Nəysə...".

Bu da sözün bitdiyi yermi? Özünüz deyin...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN